02 Dekabr 2020 04:47

İrəvana Şoyqu və Lavrovla bu vəzifəlilər də gəlib – Siyahı

Ermənistana gələn Rusiya Qurumlararası Humanitar Mərkəzinin nümayəndə heyətinə müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla yanaşı fövqəladə halar naziri Yevgeni Ziniçev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko və “Rospotrebnadzor”un (İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət) rəhbəri Anna Popova daxildir.

Turkustan.info xəbər verir ki, bu barədə jurnalistlərə nümayəndə heyətindən məlumat verilib.

Bundan əvvəl Sergey Şoyqu ilə Sergey Lavrovun İrəvana gəldiyi bildirilmişdi.

Sergey Şoyqu baş nazir Nikol Paşinyanla görüşüb. Daha sonra Xarici İşlər naziri Sergey Lavrovla birgə Rusiya nümayəndə heyəti Ermənistan prezidentinin iqamətgahına gəlib.  /Teleqraf.com/

Paylaş: