01 Dekabr 2020 00:11

Koronavirusa qarşı peyvənd hazırlayan türk professor: Yeni İldən əvvəl…

Koronavirusa qarşı 95 faiz effektivliyi sübuta yetirilən peyvənd hazırlayan alim Uğur Şahin dərmanın tezliklə tətbiqinə başlana biləcəyini deyib.

Türkiyə mətbuatı xəbər verir ki, alim peyvəndin yaşlı insanlar üçün xüsusilə əhəmiyyətli olduğuna diqqət çəkib: “Hər şey qaydasında gedərsə, dekabr ayının ikinci yarısında dərmanın kütləvi istehsalı təsdiq ediləcək və beləliklə, Yeni İldən əvvəl paylamağa başlaya biləcəyik. Ancaq bu, heç bir problem çıxmazsa, mümkün ola bilər. Peyvəndin yaşlılar üzərində də müsbət təsirlərə malik olması isə xüsusilə sevindiricidir”. (publika.az)

Paylaş: