27 Noyabr 2020 21:04

“Sülhməramlıların nəzarət etdiyi ərazidə müvəqqəti status formalaşır” – Tofiq Zülfüqarov

“Bu gün hamı status haqqında danışır…  Söhbət sanki eyni şey, əslində isə iki fərqli məhfum barəsində gedir”.

Turkustan.info xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri şərh edərkən bildirib:

Eks-nazir iki fəqli məfhumun aşağıdakılar olduğunu qeyd edib:

“Birincisi yekun statusdur. Bu status kifayət qədər uzunmüddətli nizamlanma prosesinin nəticəsində müəyyənləşməlidir. Ola bilər danışıqlar nəticəsində müəyyənləşsin, amma ola da bilər ki, heç danışıqlar olmasın (Azərbaycan Silahlı Qüvvələrin nəzarətinə keçən bütün ərazilərdə baş verdiyi kimi);

İkincisi, Rusiya sülhməramlılarının nəzarətə götürdüyü ərazidə müvəqqəti status formalaşır. Müvəqqəti status özündə hərbi-texniki tədbirlər kompleksini və de-fakto şəraiti ehtiva edir.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək”.
Tofiq Zülfüqarov deyib ki, ona görə, Rusiya, eləcə də Türkiyə sülhməramlılarına mandat lazımdır.
“Bu mandat yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək… Bax, statusla bağlı mövcud vəziyyətin elmi-nəzəri təsnifatı belədir”.   /modern.az/

Paylaş: