27 Noyabr 2020 20:51

Xüsusi karantin rejimi buna görə uzadıldı – Baş infeksionist

Azərbaycanda gündəlik yoluxma sayının artması xüsusi karantin rejiminin müddətinin dekabrın 28-dək uzadılmasına səbəb olub.

Turkustan.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, yoluxma sayının artması həm təbii səbəblər, həm də insanların münasibəti ilə bağlıdır.

Baş infeksionist əlavə edib ki, yoluxma sayındakı artım oktyabrın ortalarından müşahidə edilməyə başlanılıb. Artıq bir aydan çoxdur ki, Azərbaycanda bu mənfi dinamikanın izlənildiyini deyən T.Eyvazov qeyd edib ki, kəskin respirator virus infeksiyalarına mövsümülük xas olsa da, bunu hələlik koronavirus haqqında tam olaraq, demək mümkün deyil:

“Ancaq hər halda biz bunu görürük ki, fəsillərin dəyişməsi ilə əlaqədar yoluxma sayında artım müşahidə edilir. Əgər hava soyuduqca yoluxma sayında artım müşahidə edilirsə, demək burada bir qanunauyğunluq var”.

Paylaş: