27 Noyabr 2020 12:52

Bill Qeytsdən qorxunc proqnoz: Bu baş versə…

“Maykrosoft” qurucusu, məşhur milyader Bill Qeyts gələcəkdə dünyada yeni pandemiyanın vüsət alacağını proqnozlaşdırıb.

Turkustan.info xəbər verir ki, milyarder bu pandemiyanın 3 il sonra da özünü göstərəcəyini istisna etməyib.

“Bəli, əgər bu (pandemiya) 20 il sonra baş verərsə, bizim şansımız gətirəcək”, – deyə o bildirib.

B.Qeyts eyni zamanda əlavə edib ki, bəşəriyyət məlum təcrübədən dolayı növbəti pandemiyaya daha hazırlıqlı olacaq.   /axar.az/

Paylaş: