27 Noyabr 2020 11:58

Rusiya onları İl-76 ilə Qarabağa göndərdi

Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarələri hərbi mühəndisləri və avadanlıqları Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı əməliyyatların aparıldığı əraziyə daşıyır.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Rusiya İl-76 hərbi nəqliyyat təyyarələri rus mühəndis qüvvələrinin bir qrup hərbçisini, eləcə də sülhməramlı əməliyyat ərazilərində ümumi yolların və sosial infrastrukturun minalardan təmizlənməsinə kömək edəcək mühəndis maşınları və avadanlıqlarını çatdırmaq üçün Moskva yaxınlığındakı Çkalovski hava limanından havaya qalxıb”, – məlumatda qeyd edilib.   /Axar.az/

Paylaş: