25 Noyabr 2020 06:27

Rusiya Şuşa və Xankəndinə yardım göndərdi

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın “Samur” sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

Turkustan.info xəbər verir ki, noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.   /Axar.az/

Paylaş: