27 Yanvar 2021 17:50

Ombudsman azərbaycanlı hərbi əsirlərin sağ olduğunu TƏSDİQLƏDİ

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi azərbaycanlı hərbi əsirlər Amin Musayev və Bayram Kərimovun səhhəti ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxlayıb və hərbi əsirlərin sağ olması barədə məlumat verib”.

Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva məlumat verib.

Ombudsman qeyd edib ki, hərbi əsirlərin ailələri ilə danışmaq hüququ var:

“Şükürlər olsun ki, hərbi əsirlərimiz sağdır. Onların hər ikisinin ailələri ilə danışmaq hüquqları var. Ombudsman olaraq gün ərzində hər iki hərbi əsirimizin valideynləri ilə əlaqə saxlayıram. Çalışırıq ki, məsələ tezliklə həllini tapsın”.
Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onlar Ermənistan ərazisində – Yerevandakı hərbi hospitalllardan birində saxlanıldığına dair məlumat var.
Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı.

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Problem Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın şəxsi nəzarətindədir.

Paylaş: