25 Yanvar 2021 14:31

Teymur Rəcəbov Aronyana qalib gəldi – FOTO

Dünyanın məşhur şahmatçılarının yarışdığı “Skilling Open 2020” onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb.

Turkustan.info xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.
7 turdan sonra o, 3.5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Ümumilikdə turnirdə 16 şahmatçı mübarizə aparır.
/bakupost.az/

Paylaş: