21 Yanvar 2021 15:49

Avropada koronavirusdan hər 17 saniyədə bir nəfər ölür

Avropa qitəsində hər 17 saniyədə bir nəfər koronavirusdan vəfat edir. Bunu Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosunun direktoru Hans Klyuqe onlayn brifinq zamanı açıqlayıb.

Turkustan.info Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla verdiyi məlumata görə, Hans Kluqe deyib ki, Avropada orta hesabla gündə 4 min 500 nəfər COVİD-19 infeksiyasından ölür.

Hələ də koronavirusun mövcudluğunu inkar edənlərin olduğunu bildirən Hans Klyuqe qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı belə adamların yaydığı dezinformasiyaların qarşısını almağa çalışır.
Hamını virusla mübarizəyə səsləyən Hans Klyuqe bildirib ki, qoruyucu maska taxmaq virusu aradan qaldırmır, amma infeksiyanın yayılmasına qarşı mübarizədə önəmli yer tutur.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 195 ölkə, ərazi və məkanda 1 milyon 400 mindən çox adamın ölümünə səbəb olub.
Hazırda dünyada 17 milyona yaxın koronavirus xəstəsi var.    /Novator.az/

Paylaş: