25 Yanvar 2021 14:01

Azərbaycana yardım göstərməyə hazırıq – Quterreş

Antonio Guterres, UN High Commissioner for Refugees UNHCR at a Press Conference after 66th session of Excom. 9 October 2015. UN Photo / Jean-Marc Ferré

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Turkustan.info xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.

Düjarrik qeyd edib ki, Quterreş humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcək”.   /konkret.az/

Paylaş: