18 Yanvar 2021 07:30

Çavuşoğludan QARABAĞ AÇIQLAMASI: Rusiya ilə birgə…

Ankara ilə Moskva arasındakı dialoq Qarabağdakı vəziyyətdə nəzərəçarpacaq, real nəticələr verdi.

Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdin Maliyyə Komissiyasındakı çıxışında deyib.

O, Rusiya ilə bir razılaşma memorandumunun bütün bölgəyə fayda gətirəcəyini söyləyib.

“Bu strateji yanaşmanı qarşıdakı dövrdə də davam etdirəcəyik”, – Çavuşoğlu bildirib.

Nazir Qarabağda atəşkəsə əməl olunmasını izləmək üçün ortaq bir monitorinq mərkəzi yaratmağa dair 11 noyabr tarixində Rusiya ilə anlaşma memorandumu imzalandığını xatırladıb: “Bölgədə sülh və sabitliyin hökm sürməsini istəyirik”. (publika.az)

Paylaş: