18 Yanvar 2021 07:20

Dünyanın gözlədiyi peyvənd: Onu kimlər niyə oğurlamaq istəyir?

Koronavirus peyvəndini tapıb dünyanı xilas etməyə çalışan elm adamları indi də peyvəndi oğurlamaq istəyən hakerlərlə mübarizə aparır.

Turkustan.info xəbər verir ki, ən yaxşı peyvəndi tapmağa çalışan dünya ölkələrindən koronavirus peyvəndlərinin sınaq mərhələsindən müsbət xəbərlər gəlir. Lakin peyvəndi oğurlamağa çalışanlar da az deyil.

Çin, Rusiya, İran və Şimali Koreya sınaq mərhələsində olan peyvəndlərin tərkibini öyrənmək üçün bir neçə dəfə sınaq mərhələsinin davam etdiyi dövlətlərin internet sistemlərinə kiberhücum edib. Çin və Rusiya iddiaları rədd edib.

Kiberhücumların qorunmasından məsuliyyətli olan şəxslərin açıqlamasına görə, dərman şirkətləri bu cür haker hücumlarından qorunmaq üçün hər hansı bir tədbir görməyib.

Qeyd edək ki, “Microsoft” şirkəti də məsələ ilə bağlı açıqlama verib. Şirkət tərəfindən bildirilib ki, koronavirus peyvəndinin tərkibi və müalicə prosesinin oğurlanması üçün yeddi şirkətə üç dövlət tərəfindən haker hücumu həyata keçirilib. Şirkət bildirib ki, hücumu həyata keçirən ölkələrdən biri Şimalı Koreyadır. Məlumatlara görə, hakerlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adından istifadə edərək ölkərin internet resuslarına daxil olmağa çalışırlar.      /Cebhe.info/

Paylaş: