25 Yanvar 2021 03:53

Jurnalist Seymur Verdizadəyə ağır itki üz verdi

Tanınmış jurnalist, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadəyə ağır itki üz verib. Məlumata görə, jurnalistin əmisi Akif Verdizadə bu gün səhər dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Akif Verdizadənin oğlu Qarabağ müharibəsində şəhid olmuşdu.
A.Verdizadə Azərbaycan Ordusunun son vaxtlar Qarabağda apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın, o cümlədən doğulduğu Cəbrayıl rayonunun işğaldan azad olunması xəbərini eşidərək, qarışıq hisslər keçirmiş, həyəcandan infarkt olmuşdu.
Allah rəhmət eləsin…

(modern.az)

Paylaş: