25 Yanvar 2021 04:42

“Moskovskiy komsomolets”: “Dağlıq Qarabağa davamlı sülhün gəldiyini söyləmək hələ tezdir”

Ötən gün Dağlıq Qarabağdakı rus sülhməramlıların ilk itkisi ilə yadda qaldı. Rusiya Müdafiə Nazirliyindən bildirildiyi kimi, 23 noyabrda ölənlərin cəsədləri dəyişdirilərkən bir mina partladıldı. Bir azərbaycanlı hərbçi həlak oldu, sülhməramlı kontingentdən bir rus zabiti isə yaralandı. Bəs baş vermis hadisənin səbəbi nədir: səhlənkarlıq, qəza və yoxsa təxribat?

Hadisə Tərtər rayonunun Suqovuşan kəndi yaxınlığında baş verib. Bu yaşayış məntəqəsi  Xankəndidən 60 km şimalda yerləşir. Burda şiddətli döyüşlər qeydə alınmayıb. Ancaq döyüşlərdə müəyyən itkilər olub.

Dünən baş verən partlayışın səbəbləri barədə hələlik rəsmi məlumat verilməyib və təfərrüatları açıqlanmayıb. Hələlik hadisənin müvafiq qiymətləndirilməsi aparılır. Ancaq mütəxəssislər artıq bu hadisəni şərh etməyə başlayıblar.

Hərbi ekspert Aleksey Leonkov “MK”-ya bildirib ki, “Sülh anlaşması göründüyü kimi Qarabağa tam əmin-amanlıq gətirməyib. Çünki anlaşmadan heç də hər iki tərəf razı qalmayıb. Ona görə də bu cür təxribatların olacağı hər an mümkündür. Bu mənada noyabrın 23-də baş vermis partlayışı təsadüfi saymaq olmaz”.

Adının açıqlanmasını istəməyən bir mütəxəssis isə deyib ki,  “Çox məlumat yoxdur. Amma cəsədlərin dəyişdirilməsi prosesində belə bir hadisənin baş verməsi ancaq tələ ola bilrər. Tələ bu şəkildə qurulur: cəsədin altına bir mina və ya parçalanma bombası qoyulur. Cəsədi çevirdikdə isə partlayış baş verir. Bu cür tələlər Əfqanıstan müharibəsinə rast gəlinən ən çox tələlərdən biri idi”.

Aleksey Leonkov əmindir ki, “Narazı və yaxud xarici qüvvələrin təsiri altında olan qruplar və millətçi düşüncəli yerli sakinlərin Dağlıq Qarabağ ərazisində, sülhməramlılarımızın fəaliyyət göstərdiyi ərazilərdə bu cür təxribatlar törətməsi heç də təəccüblü deyil”.

Hərbi ekspert Yuri Lyamin isə hesab edir ki, “ermənilər sülh anlaşmasından narazıdır. Onlar silahı yerə qoysa da, imkan düşdükcə narazılıqlarını büruzə verəcəklər. Həmin narazılığın bir forması da noyabrın 23-də baş vermis təxribat hadisəsidir”.

Azərbaycan Prezidenti İlham Əliyevin administrasiyası ərazilərin keçidini yalnız sülh yolu ilə həyata keçirəcəyini vəd edir. Ancaq bəzi kəndlərdən həyəcan verici mesajlar gəlir. Belə ki, erməni KİV-ləri məlumat verir ki, hər yerdə hər şeyə yerli sakinləri nəzərə almaqla qərar verilir. Məsələn, Berdaşen kəndində ermənilər azərbaycanlıların kənd təsərrüfatı torpaqlarına və bağlarına sahib çıxmağa çalışdıqlarından şikayət edirlər. Qonşu kəndlərin digər sakinləri isə deyir ki, Azərbaycan tərəfi hərbçilərinin iştirakı ilə sərhədləri GPS-dən birbaşa öz əraziləri kimi qeydə alırlar.

Bütün bunlarsa onu göstərir ki, Dağlıq Qarabağa davamlı sülhün gəldiyini söyləmək hələ tezdir.

“Moskovskiy komsomolets” 24 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev     /konkret.az/

Paylaş: