21 Yanvar 2021 15:41

Sotk-Kəlbəcər yolu sabahdan bağlanacaq – Ermənistan KİV

Ermənistan mətbuatı 25 noyabrdan Sotk-Kəlbəcər yolunun bağlanacağını yazır.

Turkustan.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, hazırda Kəlbəcərdən çıxan erməniləri daşıyan avtomobillər çox olduğuna görə yolda tıxac yaranıb.

Üçtərəfli bəyanata əsasən, sabahdan Kəlbəcər Azərbaycanın nəzarətinə keçəcəyinə görə, yolu bağlamaq üçün Ermənistanın Sotk yaşayış məntəqəsində yola dəmir maneələr və beton arakəsmələr quraşdırılacaq. Artıq materiallar əraziyə gətirilib.   /Unikal.org/

 

 

Paylaş: