25 Yanvar 2021 13:38

Ümid Rusiyayadır: onları Bakıdan almalıyıq – Abramyan

Hazırda gündəliyimizdə duran prioritet məsələlərdən biri Azərbaycanda olan hərbi əsirlərin və rəsmi Bakının nəzarətində olan ərazilərdəki ölən əsgərlərimizin cəsədlərinin geri qaytarılmasıdır.

Turkustan.info xəbər verir ki, bu barədə mövcud olmayan qondarma “dqr”in “lider”inin keçmiş “müşaviri” Tiqran Abramyan deyib.

“Hökumət özünü tamamilə bitirib. Bu statusda o, danışıqlar aparıb bizim üçün istədiyi nəticəni əldə etmək iqtidarında deyil. Bütün ümid Rusiyaya və bizim əvəzimizə oxşar problemlərlə məşğul olan beynəlxalq struktur və təşkilatlara qalıb. Bu səlahiyyətlilər üçün insanın heç bir dəyəri yoxdur və ona görə də bu gündəyik”.  /Axar.az/

Paylaş: