21 Yanvar 2021 00:21

“Fransa Senatı yaxşı bilir ki, qəbul etdiyi sənəd başdan-ayağa absurddur” – AÇIQLAMA

“Fransa Senatında qəbul olunan sənəd layihəsi ilə bağlı qətiyyən narahat olmayın. Parlamentin Yuxarı Palatası olan Senatın qəbul etdiyi layihənin (bu, hələ qətnamə-filan hesab edilmir) sonu dalana dirənəcək”.

Turkustan.info xəbər verir ki, bu sözləri beynəlxalq hüquq eksperti Səyyad Məcid özünün facebook səhifəsində yazıb. O bildirib ki, Fransa Konstitusiyasına görə, qanun layihəsinin sonrakı oxunuşlarının uzun müddət palatadan-palataya ötür-otür tendensiyasının olma ehtimalı var.

“Yuxarı və Aşağı Palatanın razılığı olmadan bu layihə qanun qüvvəsinə malik ola bilməz. Bundan əlavə, hökumətin razılığı olmadan qanun mövcud ola bilməz. Eyni zamanda hüquqi prosedurlara görə, promulqasiya üçün hökumətin baş katibi, nazirlərin imzaları, prezidentin zəif veto hüququ, Konstitusiya Şurasının rəyi və s. zəruridir. Bu isə gərgin və uzun zaman tələb edən prosedurdur. O vaxta qədər Qarabağ tam erməni təcavüzündən azad olunacaq… Sonra isə olmayan şeyi ha tanısınlar… Qarabağ Azərbaycandır! Əsl qət olunan fikir və qətnamə budur”, – deyə ekspert vurğulayıb.   /konkret.az/

Paylaş: