21 Yanvar 2021 16:14

Kamran Əliyevin yerinə yeni TƏYİNAT

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. 

Turkustan.info xəbər verir ki, müvafiq əmrlə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Namidan Piriyev təyin edilib.

Faktı BDYPİ-dən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, N. Piriyev adıçəkilən şöbənin inspektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

Paylaş: