22 Yanvar 2021 01:11

Səhranın ortasında dördmetrlik metal sütun peyda olub – VİDEO

ABŞ təcili yardım xidmətləri Yuta ştatında səhrada nəhəng sütun kəşf ediblər.

“Rossiya 24” xəbər verir ki, o təsadüfən havadan müşahidə olunan zaman görünüb.

Xilasedicilər həmin obyektin səhranın ortasında peyda olmasına məəttəl qalıblar.

Bu, qumların ortasında mükəmməl hamar metaldan hazırlanmış dörd metrlik sütundur.

Onun bura necə düşdüyü məlum deyil.

İnternet istifadəçiləri obyektin məşhur Stenli Kubrikin “A space Odyssey” filminin qara monolitinə çox bənzədiyini qeyd edirlər. İzdiham yaratmamaq üçün onun dəqiq koordinatları açıqlanmır.

/oxu.az/

Paylaş: