21 Yanvar 2021 16:11

SON DƏQİQƏ! Azərbaycan hərbçisinin əsirlikdə yeni videosu yayıldı

Azərbaycan ordusunun hərbiçisi Emin Baxşəliyev ermənilər tərəfindən əsir götürülüb.

Turkustan.info xəbər  verir  ki,Bu barədə Unikal.org-a əsirin atası Zahir Baxşəliyev məlumat verib. O, qeyd edib ki, bir aydan çoxdur oğlu 1988-ci il təvəllüdlü Emin Baxşəliyev əsir düşüb:

“Oğlum N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu kimi döyüşlərdə iştirak edib.  Məndə olan məlumata görə, Tərtər rayonun Talış kəndi istiqamətində düşmənlə döyüş zamanı erməni hərbiçiləri tərəfindən əsir götürülüb.

Sonradan ermənilər oğlumun sosial şəbəkələrdə əsir götürüldüyünü sübut edən video paylaşıblar. Başqa bir videoda isə oğlumun ayağından yaralandığı məlum olur.

Mən aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, övladımın erməni əsirliyindən azad olunması üçün ailəmizə köməklik göstərsinlər. Onun 1 və 5 yaşlı iki övladı atalarının yolunu gözləyir. Oğlumun taleyindən çox narahatıq”.

 

Paylaş: