20 Yanvar 2021 03:50

Hədəf şirkətlər qrupundan Şəhid və qazi ailələrinə GÜZƏŞT

Hədəf Şirkətlər Qrupu
ƏMR № 120
Bakı şəhəri, 20 noyabr 2020-ci il
Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə aparılmış Vətən müharibəsində iştirak edib, ölkəmizə qələbə sevinci yaşadan şəhidlərimizin əziz xatirəsini və qazilərimizin adını uca tutmaq və onlara ən yüksək dəyəri verdiyimizi bəyan edərək minnətdarlığımızı bildirmək məqsədi ilə
ƏMR EDİRƏM

1. Hədəf Kursları və Hədəf Liseyində təhsil alan və gələcəkdə təhsil alacaq şəhid və qazi övladlarının təhsil haqqı aşağıdakı kimi həyata keçirilsin:
Hədəf Kurslarında:
A) Şəhid övladlarına 100% güzəşt;
B) Qazi övladlarına 50% güzəşt;
Hədəf Liseyində:
A) Şəhid övladlarına 60% güzəşt;
B) Qazi övladlarına 30% güzəşt edilsin.
Bu prinsip bütün sınaq imtahanlarına da şamil edilsin.

2. Hədəf Şirkətlər Qrupuna məxsus bütün şirkətlərdə işə qəbul prosesində şəhid ailələrinə və qazilərə üstünlük verilsin.

3. Hədəf Kurslarının şagirdi və müəllimi olmuş şəhidlərimizin adı əbədiləşdirilsin, həmin filiallarda xüsusi otaqlardan biri onların adı ilə adlandırılıb, stendi hazırlansın.

4. Kitabevim.az mağazalarında şəhid övladları üçün bütün kitab və ofis malları maya qiymətinə satılsın.

Hazırda təhsil alan şəxslərə də şamil edilməklə əmr imzalandığı gündən qüvvəyə minsin, xüsusi çərçivələrdə filialların girişində asılsın.

Hədəf Şirkətlər Qrupunun baş direktoru: f.ü.f.d. Şəmil Sadiq

Görüntünün olası içeriği: bir veya daha fazla kişi

Paylaş: