20 Yanvar 2021 03:46

Aqil Abbas:“Minsk Qrupu gorbagor oldu”

“Bayaqdan hamı burada deyir ki, Fransa ATƏT-in Minsk Qrupundan çıxmalıdır. İndi Minsk Qrupu var? Yoxdur! Gorbagor oldu”.

Turkustan.info xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

A.Abbas bildirib ki, Minsk Qrupunu bu gün Bakı, Ankara və Moskva əvəz edir: “ATƏT-in Minsk Qrupu məsələsi bitdi. Onlar heç bir iş görə bilmədi. Azərbaycan ordusu torpaqları işğaldan azad etdi”.   /Cebhe.info/

Paylaş: