21 Yanvar 2021 15:21

Ermənilər Kəlbəcərdəki qızıl yatağını mənimsəmək istədi: “Azərbaycan ərazini nəzarətə götürüb”- Deputat

Azərbaycanlı hərbçilər Kəlbəcər ərazisindəki Zod qızıl yatağı yerləşən ərazini nəzarətə götürüb.

Turkustan.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Mətbuatın yazdığına görə, 250-dək azərbaycanlı hərbçi, o cümlədən yüksək rütbəli şəxslər qızıl yatağı yerləşən əraziyə gəlib və ordakı ermənilərə geri çəkilməyi tapşırıb.

Ərazidəki erməni əsgərləri “rəhbərliklə” danışmağa cəhd etsə də, onlara cavab verən olmayıb.

Xatırldaq ki, ermənilər Kəlbəcərdən tərk edərkən qızl mədəni yerləşən ərazidəki qapını müəyyən məsafədə irəli çəkərək onu mənimsəməyə çalışıblar. Erməni deputat Taqui Tovmosyan isə bildirib ki, qapı artıq yerində yoxdur.

Xatırladaq ki, ermənilər Kəlbəcərdəki qzıl yataqlarını uzun illər qanunsuz olaraq istismar edib.    /Cebhe.info/

Paylaş: