27 Yanvar 2021 18:31

Fransa bəyan etdi: “dqr”i tanımırıq!

Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.

Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:

“Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı”.

Paylaş: