20 Yanvar 2021 23:15

Prezidentdən qərar: Onlara xidməti pasport verilməyəcək

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb.

Turkustan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Paylaş: