25 Yanvar 2021 03:59

Azad olunmuş ərazilərdə dövlət sərhədi təcili müəyyənləşməlidir, əks halda…

“Azərbaycan və Ermənistan arasında yeni sərhəd hələ müəyyən olunmayıb. Sərhədin tam müəyyənləşdirilməsi üçün dövlətlər arasında razılaşma olmalıdır. Belə bir razılaşma olmadığından  ermənilərin sərhədi bir metr də belə olsa. dəyişmək ehtimalı və istəyi hər zaman ola bilər”.

Bu sözləri Ermənistan və Azərbaycan arasında sərhədin bərpa olunması haqqında danışarkən Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun üzvü Əvəz Həsənov Modern.az-a açıqlamasında deyib:

“Azərbaycan tez bir zamanda nəzarətə götürdüyü sərhəd bölgəsinin ərazisini müəyyən etməlidir. Sərhədi pozmağa ermənilər onsuz da cəhd edəcəklər. Görsələr ki, boş ərazidir, Azərbaycan hələ sərhəddi bağlamayıb, pozmağa cəhd edəcəklər. Buna görə də dövlətimiz bu məsələni tələsdirməlidir. Əgər sərhəd pozuntusu olacaqsa, bunun qarşısını bizim əsgərlərimiz, sərhədçilərimiz almalıdır. Danışılmalıdır ki, ermənilər bu xülyaya düşməsinlər. Bizim məqsədimiz odur ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərlə münasibətləri normallaşdıraq. Onları Azərbaycanda yaşayışa inandırıb, ram edə bilək”.

Paylaş: