25 Yanvar 2021 13:59

Ermənilər əsir götürdükləri Amin Musayevin fotosunu YAYDILAR

Ermənilər Şuşa uğrunda gedən döyüşlərdə əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin son fotosunu yayıblar. Turkustan.info xəbər verir ki, hərbçimizin Yerevan şəhərindəki hərbi hospitallardan birində saxlanıldığı xəbər verilir.

Amin Musayevin əsir düşmə kadrı “ANNA News” agentliyi tərəfindən lentə alınmışdı.

Xatırladaq ki, Amin Musayevdən başqa daha bir hərbçimiz – Bayram Kərimov da 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüb. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb.

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.   /Modern.az/

Paylaş: