22 Yanvar 2021 01:51

Ermənistan bu gün də itkilərini açıqladı

Ermənistan Qarabağ müharibəsində itirdiyi əsgərlərindən daha 34-nün ad-soyadını ictimailəşdirib.

Turkustan.info xəbər verir ki, bununla da Ermənistanın məhv edilən əsgərlərindən 1712-nin ad-soyadını rəsmən elan etmiş olub.

Qeyd edək ki, Ermənistan rəsmən 2425 meyitin artıq əllərində olduğu və tanındığını, 250 meyitin isə şəxsiyyətini müəyyənləşdirmək üçün araşdırma aparıldığını bildirmişdi. Bundan sonra isə Ermənistana Azərbaycan Ordusunun yüzlərlə erməni əsgərinin meyitini təhvil verdiyi haqda rəsmi açıqlama yayıldı.   /Axar.az/

Paylaş: