20 Yanvar 2021 03:39

“O da hardasa gizlənməli idi” – Paşinyan arvadını MÜDAFİƏ ETDİ

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı arvadı Anna Akopyanla bağlı epizoda toxunub.

Turkustan.info xəbər verir ki, keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan Anna Akopyanın Xankəndində ordunun mərkəzi idarəetmə məntəqəsində olduğunu söyləmişdi.

Paşinyan bu faktı təkzib etməyib.
“Əhalinin 70%-nin tərk etdiyi şəhərdə mənim həyat yoldaşım da hardasa gizlənməli idi. O şəxsən əhaliyə su və ərzaq paylayırdı. Onun bu vətənpərvər səylərini niyə mənfi şəkildə işıqlandırmalıyıq?”-deyə Paşinyan müraciətində əlavə edib.

O, Qarabağ döyüşləri zamanı cəmiyyətə yalan xəbərlər verməsi barədə ittihamları rədd edib. Paşinyanın fikrincə, hərbi vəziyyət şəraitində əhalini panikaya salmaq qadağan idi. (modern.az)

Paylaş: