22 Yanvar 2021 01:56

Paşinyan Putinlə Laçın məsələsini müzakirə edib: Bir saatda 2 dəfə

Ermənistan Baş naziri Nikol Paşinyan dünən 1 saat ərzində Rusiya Prezidenti Vladimir Putinlə iki dəfə telefonla danışıb.

 Turkustan.info xəbər verir ki, bu barədə Paşinyan özü bildirib.

Danışıqlar zamanı Laçın dəhlizindəki yaşayış məntəqələri, itkin düşənlər, axtarış işləri, ölənlərin cəsədlərinin və əsirlərin dəyişdirilməsi, delimitasiya və sülhməramlıların yerləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Paşinyanın sözlərinə görə, belə müzakirələr mütəmadi olaraq aparılır: “Bəzən gündə bir neçə dəfə. Bəzən bu müzakirələrin xarakteri nəzərə alınaraq onlarla bağlı məlumat ümumiyyətlə, yayılmır”.   /Cebhe.info/

Paylaş: