25 Yanvar 2021 04:10

Rusiyanın kəşfiyyat şefi Baqdasaryanla görüşdü – Moskvada kritik müzakirə

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Ermənistan Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, Rusiya Regional Akademiyası Şurasının sədri Artur Baqdasaryan arasında görüş keçirilib.

Turkustan.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Görüş zamanı tərəflər Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, regional və qlobal təhlükəsizliyin aktual problemləri, yeni reallıqlar işığında əməkdaşlığın inkişaf etdirilməsi mexanizmləri və istiqamətlərini müzakirə ediblər.

Atəşkəs, sərhədlərin müəyyənləşdirilməsi, əsirlərin dəyişdirilməsi, itkin düşənlərin axtarışı, mədəni irsin və abidələrin qorunması ilə bağlı müqavilələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.  /konkret.az/

Paylaş: