18 Yanvar 2021 07:36

Zaxarova Qarabağdan danışdı: Davam edir…

Həftə ərzində Qarabağda vəziyyət sabitləşmə istiqamətində inkişaf edib, atəşkəs pozuntuları qeydə alınmayıb, həmçinin Rusiya sülhməramlı kontingentinə qarşı təxribatlara yol verilməyib.

Turkustan.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrasının davam etdiyini söyləyib.

Onun sözlərinə görə, bu, Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən təsdiqlənmiş və hazırda praktiki olaraq həyata keçirilən xəttin düzgünlüyünün sübutudur.  /Axar.az/

Paylaş: