21 Yanvar 2021 23:53

Zod qızıl mədənində işləyən ermənilər Kəlbəcər yolunu bağladı-“İşləyəcəyik, ya yox?”

Böyük hissəsi Kəlbəcər ərazisinə düşən Zod qızıl mədənində işləyən ermənilər etiraz aksiyasına başlayıb.

Turkustan.info xəbər verir ki, buna səbəb qızıl mədəni ilə bağlı yaranmış vəziyyətdir.

Belə ki, qızıl mədəninin böyük hissəsi Azərbaycan ərazisinə düşür. Buna görə də dünən Azərbaycan həbçilərinin qızıl mədəni ətrafında post qurduğuna və
mədəndə işin dayandığına dair xəbər yayılıb.

İşçilər isə bu gün Kəlbəcər yolunu bağlayaraq işə davam edib-etməyəcəkləri barədə qeyri-müəyyənliyə son qoyulmasını istəyiblər.

Deputat Taqyu Tovmosyan bildirib ki, ondakı məlumata görə mədən işləyəcək. Ancaq o, bunun nə zaman baş verəcəyini deməyib.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan hərbçilərinin öz ərazilərində olduğunu bildirib.     /Cebhe.info/

Paylaş: