26 Yanvar 2021 19:07

Azərbaycanda koronavirusa yoluxma sayı 4000-i keçdi: 32 nəfər vəfat etdi – Rəsmi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 011 nəfərdir.

Ötən müddət ərzində 1 700 654 test aparılıb. Bugünkü test sayı isə 18 420-dir.

 

Paylaş: