18 Yanvar 2021 14:24

Fransada etiraz aksiyası: 37 polis xəsarət aldı – VİDEO

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları başlayıb. Etiraza səbəb “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinin qəbul edilməsidir.

Etirazçılar polis və jandarmaların foto və videoçəkilişlərinin aparılmasının qadağan edilməsi ilə bağlı olan sözügedən maddənin qəbul edilməsini KİV-in azadlığının məhdudlaşıdırılması kimi qiymətləndirirlər.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib:

“Nümayişlər zamanı 37 polis əməkdaşı və jandarm yaralanıb. Mən bir daha hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zorakılığı qınayıram”.

 

/bakupost.az/

Paylaş: