26 Yanvar 2021 20:17

Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir – FOTOLAR

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və “Qarabağ” futbol komandası Tərtər rayonundadır.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardımanının nəticələri ilə yerində tanış olurlar.

Daha sonra nümayəndə heyəti Ağdama səfər edəcək.

 

 

 

 

 

***

10:04
Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir.

Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur:

“Onlara Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.

Paylaş: