26 Yanvar 2021 20:16

Qızıl və gümüş niyə ucuzlaşır? – AÇIQLAMA

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Noyabrın 27-də qızılın qiyməti noyabrın 26-ı ilə müqayisədə 4,4455 manat (0,14 faiz) azalaraq 1 unsiya üçün 3 072,648 manat təşkil edib.

Gümüş 0,3868 manat (0,97 faiz) ucuzşaraq 1 unsiya üçün 39,4199 manata bərabər olub.

Platinin qiyməti 21,981 manat (1,33 faiz) azalaraq 1 627,614 manat, palladiumun qiyməti 27,37 manat (0,68 faiz) artaraq 4 080,34 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 170,8075 manat (5,3 faiz) ucuzlaşıb, gümüş 2,2093 manat (5,3 faiz) ucuzlaşıb, platin 130,1775 manat (8,7 faiz) bahalaşıb, palladium 35,785 manat (0,9 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 591,9145 manat (23,9 faiz) bahalaşıb, gümüş 10,4799 manat (36,2 faiz) bahalaşıb, platin 90,6525 manat (5,9 faiz) bahalaşıb, palladium 1 011,279 manat (33 faiz) bahalaşıb.

Qızıl və gümüşü ucuzlaşdıran səbəblər hansılardır?

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda qızıl və gümüşün ucuzlaşması dünya birjalarında olan ucuzlaşma ilə bağlıdır:

“ABŞ-da hakimiyyət dəyişikliyi, Co Bayden və Donald Tramp arasında olan münasibətlər buna öz təsirini göstərir. Trampın tvittində Baydenin qələbəsinin tam təsdiqlənəcəyini şübhə altına alan məqamlar yer almışdı. Bunlar dünya birjalarında ABŞ-a aid olan səhmlərin qiymətlərinin dəyişməsinə səbəb olur.

Eyni zamanda Ukraynada baş verən proseslər qızıl və gümüş qiymətlərinin aşağı düşməsinə səbəb olur. Asiya birjalarında ötən gecə metal qiymətləri 2,4 kafisentindən 2,7 kafisentinə dəyişmişdi. Azərbaycanda da 21.5 faizlik qiymət dəyişikliyi müşahidə olundu”.

İqtisadçı deyir ki, bütün hallarda yaxın bir neçə ay ərzində dünya bazarında qızılın qiyməti öz etibarını bərpa edəcək.

 

Paylaş: