17 Yanvar 2021 15:55

Yaralı, çapıqlar içində, amma sınmayan, ruhdan düşməyən – FÜZULİ…

Bilirsiniz, bu nece bir hissdir?.. Neçə illərdir döğma yaxınını  gözləyirsən, hər an, hər zaman, heç bir sözə, hərəkətə, vəziyyətə baxmayaraq, hətta yanındakıların ümidlərini kəssə belə, qayıdacağına inanırsan… və birdən bilirsən, ki o sağdır…sevincdən göz yaşlarına hakim ola bilmirsən, özün özünə inanmırsan, xoşbəxtlikdən dünyanı qucaqlayırsan, qaçırsan onu görməyə və görürsən… yaralı, incidilmiş, əzab çəkmiş, çapıqlar içində…amma sınmayan, ruhdan düşməyən… və birdən dərk edirsən ki, əslində necə olur olsun, qolsuz, ayaqsız, gözsüz, qulaqsız, amma ən önəmlisi, o qayıdıb,  bu dəəşətli həsrət bitib, sən artıq onunla bir yerdesən, və o da xoşbəxtdir, cünki o nəhayət Öz Doğma Evindədir!.. Əbədi… Füzuli…
Moderator.az xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  öz facebook hesabında yazıb.

Paylaş: