18 Yanvar 2021 15:11

Qarabağa qayıdan ermənilərin sayı artır – Son rəqəm

Bu gün Ermənistandan Qarabağa 2431 erməni qayıdıb.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Beləliklə, 14 noyabrdan sonra Ermənistandan qayıdan ermənilərin sayı 23514-ə çatıb.

Onların geri qayıtmasını və yerləşməsini, infrastrukturun bərpasını rus sülhməramlıları yerinə yetirir. Rusiya eyni zamanda humanitar yardım da göstərir.   /Axar.az/

Paylaş: