20 Yanvar 2021 22:50

Vaxt itirmədən xaricdən peyvənd, eləcə də virusa qarşı vitaminlər sifariş etməlidir – İqtisadçıdan həyacan təbili

Müharibədə rəşadət göstərmiş şanlı ordumuzun bizə nəsib etdiyi zəfərlərin sevincini doyunca dadmamış, koronavirusun yaratdığı çətinliklərin məyusluğunu yaşamaq məcburiyyətində qalmışıq. Aramızda virusun yalan olmasına inanların sayı azalır, çünki bir vaxtlar onu inkar edənlər, özləri yoluxandan sonra gec də olsa onun həqiqətdə mövcudluğunu görürlər və şübhələr azalır. Beləliklə də, ətrafımızda virus xəstələrı durmadan artır, onlar arasında ailə üzvləri, qohumlar da, tanışlar da vardır. İndi hər kəs üçün həlli vacib olan əsas məsələ virusdan qorunmaqdır. Buna nail olmaq virusun əhatə dairəsi genişləndikcə, yoluxanlar kütləviləşdikcə, mümkünsüz görsənir.

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, artıq dilemma qarşısındayıq: kollektiv müqavimət formalaşdırılmalı, yoxsa yenə də sosial tədricə keçməliyik. Bu sualı müxtəlif ölkələr fərqli cavablandırır. Əksəriyyət sosial tədricə üstünlük versə də dünyada Böyük Britaniya, İsveç kimi virusu qəbul edib onu görməməzliyə vuran ölkələr, hətta Türkmənistan kimi virusun olduğunu yasaq edən ölkələr də vardır.

Peyvəndlər barədə müzakirələr çoxalsa da, hələ Rusiya və Çindən savayı heç bir ölkədə peyvəndin kütləvi istehsalına start verilməyib. Xoş xəbər odur ki, Avropa və Amerikada da bu sahədə araşdırma işləri yekunlaşır və dünyanın aparıcı dövlətləri növbəti mərhələyə keçid ərəfəsindədir.

Bu ərəfədə Azərbaycan höküməti nə etməlidir?

1. Hesab edirəm ki, vaxt itirmədən xaricdən (ABŞ və ya Avropa istehsalı olan) peyvənd, eləcə də virusa qarşı istifadə olunan vitaminlər və bədənin müqavimətini gücləndirən peraparatlar sifariş etməlidir.
2. Əhaliyə, xüsislə həkimlərə sosial, sahibkarlara da iqtisadi dəstək proqramlarını davam etdirməlidir.
3. Testləri ödənişsiz etməli və ekspress testə şərait yaradan səyyar laboratoiyalar təşkil etməlidir.
4. Mövcud xəstəxanalarda koronavirus üzrə ixtisaslaşmış bölmələr yaratmalı və çarpayı saylarını artırmalıdır.
5. Modul tipli daha 10 yeni hospital quraşdırılmalıdır.

Əhali nə etməlidir?

İlk növbədə insanı hissləri, humanizm və mərhəməti artırmalı, hər kəs qohumlardan, dostlardan, tanışlardan xəbər tutmalı, bir-birlərinin halını xəbər almalı, xüsusilə də risk qrupuna daxil olanlara sosial diqqəti artırmalıdır.
İkincisi, orqanizmin müqavimətini artırmaq üçün qida və yuxu rejiminə əməl, gündəlik dezinfeksiya qaydalarına riayət etməlidir.
Üçüncüsu, xəstəliyin simptomlarını hiss edən kimi test verməli və nəticə pozitiv olarsa karantin rejiminə əməl etməli və müalicəyə başlamalıdır.   /konkret.az/

Paylaş: