25 Yanvar 2021 05:32

“Apteklərdə 10 müştəridən 9-u virus dərmanı axtarır…” – Həyəcan təbili

“43 000 aktiv xəstə var, dünənki rəsmi məlumatdır. Yəni qeydiyyatdan keçən xəstələrin sayıdır. Minimum bu qədər də qeydiyyatsız xəstə var. Yuvarlaq götürsək, ölkədə minimum 90 000 xəstə var”.

Turkustan.info xəbər verir ki, bu sözləri həkim-pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, ölkədə virusu müalicə edəcək həkimlərin sayı azdır:

“Azərbaycanda həkimlərin ümumi sayı 32 000-dir. Onların əksəriyyəti yaşı və sağlamlıq vəziyyəti ilə bağlı koronaviruslu xəstə ilə məşğul olmur. Onda bu minvalla bir həkim neçə xəstəyə qulluq edəcək? Edə biləcəkmi? Koronavirus reanimasiyalarında vəziyyət lap bərbaddır. Həkim çatışmır. Dərman təchizatına toxunmaq belə istəmirəm. Apteklərdə 10 müştəridən 9-u COVID-19 dərmanı axtarır. Hamısı da daşıyıcıdır. Qarşılıqlı ittihamlar davam etdikcə, vəziyyət nəzarətdən çıxır. Əslində hamı günahkardır – hökumət də, məsuliyyətsiz vətəndaş da”.    /Cebhe.info/

Paylaş: