20 Yanvar 2021 03:57

Bayrağı təhqir edən tələbə BDU-ya bərpa edilir? – Açıqlama

Bayrağı təhqir etdiyi üçün Bakı Dövlət Universitetindən (BDU) uzaqlaşdırılan Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədovun universitetə bərpa edilib-edilməyəcəyi ilə bağlı qərar bu gün veriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib. O bildirib ki, qovulan tələbə ilə bağlı komissiya yaradılıb:

“Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək, bu əmrə yenidən baxılmasını xahiş edib. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Bu gün keçirilən iclasda BDU Elmi Şurasında komissiyanın qərarına baxılaraq, müvafiq qərar qəbul ediləcək”.

Qeyd edək ki, bayrağı təhqir etdiyi üçün sözügedən tələbənin universitetdən qovulması barədə 23 noyabrda qərar çıxarılıb.

P.Məhəmmədov iki gün öncə video-müraciət yayaraq, bu hərəkətinə görə üzr istəyib.

Paylaş: