27 Yanvar 2021 18:04

Ruslar Şuşanın ətrafını mina və sursat qalıqlarından təmizləyir – VİDEO

RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.

 Turkustan.info xəbər verir ki, RT Şuşa ətrafında təxminən üç kilometr uzunluğundakı hissəsinin istehkamçılar tərəfindən təmizlənməsinin kadrlarını paylaşıb.

Məlumata görə, son 24 saatda 100-dən çox mina və partlamamış döyüş başlığı tapılıb.

Ümumilikdə Dağlıq Qarabağda həyata keçirilən sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 24 hektardan çox ərazini və səkkiz kilometrdən çox yolu təmizləyib, 750-dən çox partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.     /Virtualaz.org/

Paylaş: