17 Yanvar 2021 17:26

Sərkisyandan müharibə mesajı: “Moskvadan xeyir-dua almaq üçün…”

“Armen Sərkisyan artıq hakimiyyətdən gedəcəyinə çox az, sayılı günləri qalmış Paşinyandan sonra baş nazir postuna iddiası olan və bunu həyata keçirmək üçün geniş imkanlara sahib biridir”.

Turkustan.info xəbər verir ki, Ermənistan prezidentinin Moskvaya səfərini şərh edən politoloq Yeganə Hacıyeva belə deyib.

Onun sözlərinə görə, Sərkisyan Rusiyaya səfərini də Moskvanın xeyir-duasını almaq məqsədi ilə həyata keçirib:

“Rusiyadakı erməni icması ilə görüşüb və bu görüşlərin əsas məqsədi Rusiyada hakim elitaya yaxın etnik ermənilərdən vasitəçilik xahişidir. O, Moskva ilə iki günlük danışıqları bu istiqamətdə aparıb.

Hesab edirəm ki, Nikol Paşinyandan sonra baş nazir kimin olacağı Azərbaycan üçün çox şeyi dəyişmir. Müharibədə uduzmuş dövlətin yeni baş nazirinin ilk müddəti (bəlkə də tək müddəti) məğlub və aqressiv cəmiyyəti sakitləşdirməyə sərf ediləcək. Amma Sərkisyan erməni icması ilə görüşdə həm də bildirib ki, Azərbaycanla növbəti müharibə mütləq olacaq və bu müharibə süni intellektin iştirakı ilə baş tutacaq.

Müharibədə məğlub olmuş Ermənistanın prezidenti və növbəti baş nazir postuna iddialı biri (həm də xeyir-dua almağa gəlmiş biri) Dağlıq Qarabağda sülhməramlı fəaliyyət göstərən ölkənin paytaxtında bəyan edir ki, müharibə bitməyib, biz işğalçı siyasətimizə davam edəcəyik. Maraqlıdır ki, Rusiya mediası da bunu gen-bol tirajlayır”. (teleqraf.com)

Paylaş: