22 Yanvar 2021 11:22

Türk həkimləri dünyada bir ilkə imza atdı

Dünyada ilk dəfə İstanbulda koronavirusdan sağalmış bir xəstəyə virusdan sağalmış başqa bir şəxsin böyrəyi köçürülüb.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyənin Böyrək Transplantasiyası Klinikasının rəhbəri Əyyub Vəli Kiçik danışıb.

“50 yaşındakı Mustada Yıldırım böyrəyini 31 yaşlı qardaşı oğlu Ceyhun Yıldırıma verib. Onların səhhəti yaxşıdır, müalicələri davam edir. Koronavirus orqan transplantasiyasının qarşısını almır. Türk həkimlər dünyada bir ilkə imza atdılar”, – o bildirib.   /Axar.az/

Paylaş: