25 Yanvar 2021 04:30

Türkiyə hərbçiləri işğaldan azad edilmiş Azərbaycan torpaqlarında – SON DƏQİQƏ

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə minaaxtarma əməliyyatına başlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək (APA).

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir”. Bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

Azərbaycan Müdafiə Nazirliyi bu dəstəyə görə Türkiyə Silahlı Qüvvələrinə təşəkkür edib.

Paylaş: