18 Yanvar 2021 14:49

“Bu, Azərbaycana uyğun deyil” – Dağlıq Qarabağın yeni dəhlizləri

“Qarabağda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif olunan yeni dəhlizlərin yaradılması mümkündür”.

Turkustan.info xəbər verir ki, bunu rusiyalı siyasi Stanislav Pritçin deyib.
Pritchin qeyd edib ki, Azərbaycan rəhbərliyinin məntiqi başa düşüləndir:
“Azərbaycan Laçın şəhərinin mərkəzini geri qaytarmaq istəyir, habelə qaçqınları ora qaytarmağı planlaşdırır. Çünki bu şəhərin Rusiya sülhməramlılarının nəzarəti altındakı ara, tranzit statusu Azərbaycan rəhbərliyinə uyğun gəlmir”.
Onun sözlərinə görə, Qarabağı Ermənistanla birləşdirən ən qısa yol Laçından keçir. Mütəxəssis Kəlbəcərdən daha uzun bir yolun keçə biləcəyini, amma bunun üçün fərqli sayda sülhməramlı tələb olunacağını vurğulayıb.
O, Dağlıq Qarabağda tamamilə yeni bir yolun çəkiləcəyini istisna etməyib.
O, İlham Əliyevin təklif etdiyi ikinci dəhliz – Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə əlaqələndirmək barədə də danışıb.
Pritçinin sözlərinə görə, bu, ümumiyyətlə, ortaq bəyannamədə yer alıb.
“Yalnız Ermənistanın cənub ərazisindən keçən və Rusiya sərhəd xidmətinin nəzarəti altında olacaq bir dəhliz qurulacaq ki, bu da Ermənistanın İranla cənub sərhədinin qorunmasını təmin edir”.
Ekspert hər iki dəhliz variantının nəzəri cəhətdən mümkün olduğunu qeyd edib.
Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Ermənistanı Dağlıq Qarabağa birləşdirən yeni dəhlizin çəkiləcəyini açıqlayıb. Dövlət başçısı yeni dəhlizin çəkilməsindən sonra Laçın şəhərinin mərkəzinin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib.
Onu da əlavə edək ki, hazırkı dəhliz Laçın şəhərinin mərkəzindən keçdiyindən ora Rusiya sülhməramlıları nəzarət edir.   /teleqraf.com/

Paylaş: