18 Yanvar 2021 15:02

Ermənistan etiraf etdi ki, işğalçıdır! – Qriqoryan

İrəvan üçtərəfli sənədin imzalandığı gün bütün dünyaya bu illər ərzində işğalçı olduğunu rəsmən bəyan etdi.

Turkustan.info xəbər verir ki, bunu erməni hüquqşünas Vage Qriqoryan “İcmal” (Obzor) verilişinin efirində bildirib.

Onun sözlərinə görə, bu sənədin mətnində açıq-aydın yazılıb ki, Ermənistan torpaqları Azərbaycana qaytarmağı öhdəsinə götürür:

“Təkcə “qaytarmaq” sözü nəyə desəniz dəyər. Bu, Ermənistan tərəfinin növbəti biabırçı məğlubiyyətidir. İrəvan bu sənədi imzaladı və bütün dünya qarşısında özünün işğalçı olduğunu etiraf etdi”, – deyə erməni hüquqşünas vurğulayıb. (axar.az)

Paylaş: