21 Yanvar 2021 16:00

Azərbaycan əsgəri ilə erməninin dialoqu: “Səndən mənə qardaş olmaz, sən ermənisən” – ŞƏRHSİZ VİDEO

Qarabağda qanunsuz məskunlaşdırılmış, təhvil müddəti tamamlansa da, ərazilərimizdən çıxmamış bir erməni ilə azərbaycanlının dialoqunu əks etdirən görüntülər yayılıb.

Görüntüləri Baku TV əldə edib.

Videodan aydın olur ki, azərbaycanlı hərbçi ürək yanğısı ilə erməniyə kəndlərimizi yandırdıqlarını deyir. Erməni isə cavabında onun bu işdə əli olmadığını, bunun “böyüklərin işi” olduğunu dilə gətirir.

Hərbçimizin cavabı isə çox yerindədir:

“Kəndlilərimizin hamısını öldürdünüz, evlərimizi yandırdınız. Sən düşmən olmaqdan əlavə, ermənisən. Siz həmişə bizə problem yaratmısınız. Sənin oğlun, sənin bacın oğlu kimiləri bizim əsgərlərimizi yaralayıb, şəhid edib.

Mənə qardaş demə, səndən mənə qardaş olmaz. Sən ermənisən. Sənə şans yaratmışıq, əşyalarını yığ, get”.

Paylaş: